BAKI, 21 may. TELEQRAF
Livan Respublikasının Prezidenti general Cozef Aundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.
Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".