BAKI, 21 may. TELEQRAF

İsveçin Kralı XVI Karl Qustav Müstəqillik Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".