BAKI, 13 mart. TELEQRAF
ABŞ və İsrailin İrana hərbi zərbələr endirməyə başladığı vaxtdan etibarən Azərbaycan hökuməti Çin vətəndaşlarının təxliyəsinə aktiv dəstək nümayiş etdirib.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, rəsmi Bakının köməkliyi sayəsində 600-dən çox çinli Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə uğurla daxil ola bilib.
Səfir bu addımı iki dövlət arasındakı yüksək səviyyəli siyasi etimadın konkret təzahürü kimi qiymətləndirib.
Lu Mey göstərilən dəstəyə və humanitar yardıma görə Azərbaycan hökumətinə dərin minnətdarlığını ifadə edib.