BAKI, 12 fevral. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, Sərəncamla vergi sisteminin inkişafında xidmətlərinə görə Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilir:
“Tərəqqi” medalı ilə
Əliyev Nazim Kazım oğlu
1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Abbasov Etibar Akif oğlu
Bədəlova Zöhrə Əliriza qızı
Gözəlov Zülfi Məmməd oğlu
Həziyeva Gülçöhrə Hacıqulu qızı
Hüseynov Alı Hüseynqulu oğlu
İsgəndərov Nəsib Əli oğlu
Məmmədov Şahin Yusif oğlu
Rzayev Zamin Vahid oğlu
Səfərova Rəsmiyyə Suca qızı
3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Qasımlı Nuranə Nurəddin qızı
Qənbərov Zahid Paşa oğlu.