BAKI, 25 dekabr. TELEQRAF
İnzibati məhkəmələr üzrə hakimlər təyin edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Natiq Əvəz oğlu İsmayılov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ramin Nizaməddin oğlu Quliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Fərid Nadir oğlu Əliyev isə Tovuz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi təyin edilib.