BAKI, 14 aprel. TELEQRAF
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qərara dəyişikliklər təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ komitədə geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.