BAKI, 14 aprel. TELEQRAF

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qərar müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini videokonfrans formatında keçirilən iclasında müzakirə olunub.

Məsələ komitədə geniş müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.