BAKI, 25 dekabr. TELEQRAF

Ağır cinayətlər məhkəmələri üzrə hakimlər təyin edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Kamil Çingiz oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Aygün Arzu qızı Qurbanova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib

Asif Əmrah oğlu Əliyev Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib