SAMUX, 6 dekabr. TELEQRAF

Samux rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev vəzifəsindən azad olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, o, səhhətində yaranmış problemləri səbəb göstərərək öz ərizəsi ilə işdən ayrılıb.

T. Qarayev 20 ildən artıq həmin vəzifəni tutub.