BAKI, 2 oktyabr. TELEQRAF

"Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövləat başçısı bildirib: "Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə, Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin, qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk".