BAKI, 22 avqust. TELEQRAF

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.

“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”, - deyə dövlət başçısı əlavə edib.