BAKI, 2 iyul. TELEQRAF

Yekaterinburqda azərbaycanlılara qarşı yürüdülən zorakılıq siyasəti davam edir.

Teleqraf xəbər verir ki, bu gün Leninski rayon məhkəməsi daha iki azərbaycanlı - Əziz Abbasov və Kamal Səfərov barədə qərar çıxarıb.

Onlar sifarişli qətl törətməkdə təqsirləndirilirlər.

Leninski rayon məhkəməsi onlar barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Kamal - Səfərov soyadı altında həbs edilən 5-ci şəxsdir.