BAKI, 20 iyun. TELEQRAF

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, M.Şəkiliyevin vəzifəyə təyin edilməsində Ə.Əhmədzadənin böyük rolu olub.

Ə.Əhmədzadə həmin dövrdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri işləyirdi (qurum sonradan ləğv edilib).

Onların hər ikisi əslən Qax rayonundandırlar.

M.Şəkiliyevin Qaxın Əlibəyli və Ağyazı kəndlərində böyük qarğıdalı, badam plantasiyaları, Qax şəhərində isə bir neçə obyekti var.

Onun adı şübhəli tender əməliyyatlarında da hallanır.

Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə də iki il Qax rayon icra başçısı vəzifəsində çalışdıqdan sonra 2009-cu ildən Zaqatala rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.