BAKI, 23 aprel. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım olunub.

“Qardaş Türkiyənin Böyük Millət Məclisinin açılışının 105-ci ildönümündə qardaş ölkəmizi və xalqını 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gün Türkiyə Respublikasının suverenlik prinsiplərinə, milli iradəyə və gələcəyimizin təminatçısı olan uşaqlara verilən dəyərin parlaq təzahürüdür. 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə Respublikasına davamlı inkişaf və rifah arzulayır, qardaş ölkəmizin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edirik”, - paylaşımda bildirilib.