
BAKI, 25 mart. TELEQRAF
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş sabah İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Silivri həbsxanasında ziyarət edəcək.
Teleqraf xəbər verir ki, Mansur Yavaş bu barədə Türkiyə mediasına açıqlamasında bildirib.
O, Əkrəm İmamoğlunun həbsxanadan verdiyi mesajları da ictimaiyyətə təqdim edəcəyini vurğulayıb.
Ziyarət zamanı onun saxlanılma şəraiti, sağlıq durumu və digər məsələlər üzrə danışıqlar aparılacağını qeyd edib.