
BAKI, 24 mart. TELEQRAF
Son iki həftədə "Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə 5 PKK terrorçusu təslim olub.
Teleqraf xəbər verir ki, Türkiyə ordusuna təslim olan terrorçulardan birinin görüntüləri ortaya çıxıb.
Görüntülərdə 20 gündür ac-susuz olduğunu bildirən terrorçuya əsgərlərin su və peçenye təklif etdiyi, sağlamlıq müayinəsindən keçəcəyi bildirilib.
Təslim olan terrorçular ilk açıqlamalarında təşkilatın çətin vəziyyətdə olduğunu, aclıq və səfalətlə mübarizə apardıqlarını açıqlayıblar.
Məlumatda bir terrorçunun kiflənmiş turş xəmir yediyi üçün zəhərləndiyinə dair məlumatlar da yer alıb.