
BAKI, 20 mart. TELEQRAF
Martın 20-də Moskvada Ermənistan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əlaqələrin müxtəlif sahələrini müzakirə ediblər. Görüşdə siyasi dialoqun vacibliyi vurğulanıb.
Ermənistan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.