
BAKI, 18 mart. TELEQRAF
Azərbaycan, Rusiya və Ermənistandan ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti dayandırılmayıb və tərəfdaşlar müraciət etsə, Moskva məmnuniyyətlə işini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Baş nazirlərin müavinləri arasında üçtərəfli işçi qrupuna gəlincə, bu, dövlət başçıları tərəfindən birgə bəyanatla müəyyən edilib, yəni Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 9-10 noyabr 2020-ci il tarixli bəyanatı çərçivəsində. Hazırda bu qrup "yatmış" vəziyyətdədir. Bunu təsdiq etmək olar, amma biz bilirik ki, tərəfdaşlar arasında bu mövzuda əlaqələr mövcuddur. Hiç kim bu qrupu bağlamayıb və əgər tərəfdaşlar bizə müraciət edərsə və biz nədənsə faydalı ola biləriksə, əlbəttə, məmnuniyyətlə bu işi davam etdirəcəyik. Amma bu, tərəfdaşlardan asılıdır”, - Overçuk əlavə edib.