
Bakı, 14 fevral. TELEQRAF
"Bələdiyyələrin fəaliyyətində əsas problem ərazi xəritələrinin olmamasıdır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deyib.
"Belə olan halda bələdiyyələr vergiləri də normal yığa bilər. Digər problem isə, sənədsiz evlərin sənədləşdirilməməsidir. Bununla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Qeyri-rəsmi statistikaya inansaq, ölkədə 1 milyona yaxın sənədsiz ev var. Bu da bələdiyyələrin fəaliyyətinə ziyan vurur. Çünki onlar bu evlərdən vergi yığa bilmirlər. Əmlakın sənədləşdirilməsi həm də sığorta bazarını canlandıra bilər", - deyə, deputat əlavə edib.