Azərbaycan Milli Konservatoriyasında
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin təşkil etdiyi "Gönülden gönüle" adlı konsert proqramı baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer iki ölkə arasında əlaqələrin inkişafından danışıb: "Vətən torpağı üçün canını düşünmədən fəda edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə can sağlığı diləyirik. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun və tək yumruq olan qəhrəman Azərbaycan xalqının zəfəri Kıbrıs Türkləri üçün də sevinc və qürur qaynağıdır. Çağdaş Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Türkiyə Cümhuriyyətinin 101-ci idönümü, Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 41-ci ildönümü və Kipr Sülh Hərəkatının 50-ci ildönümünü qeyd etdiyimiz çox önəmli ildəyik. Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan arasındakı əlaqələr daha da inkişaf edib. Hazırda Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupu ölkəmizə ilk rəsmi səfərini gerçəkləşdirib. Ölkələrimiz arasında iqtisadiyyat sahəsində iş birliyi ticarət, turizm, təhsil sahəsində və sair əlaqələrimiz önəmli yer tutmaqdadaır. Təmsilçiliyimiz iki ölkə arasında siyasi əlaqələrin gücləndirilməsində çox önəm verməkdə və dəstəkləməkdədir".
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.