Çeçenistanın rəhbəri Ramzan Kadırov Donbasa yeni könüllülər qrupunun göndərildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə Teleqram hesabında yazıb.

“Daha bir könüllü kontingent bu gün Qroznı beynəlxalq hava limanından Donbasdakı xüsusi hərbi əməliyyat zonasına yola düşüb”, - deyə Kadırov bildirib.

O əlavə edib ki, könüllülər əməliyyat zamanı baş verəcək problemləri tez və səmərəli həll etmək üçün yaxşı təlim keçiblər.