Zimbabvedə evli qadınla pulsuz internet qarılığında cinsi əlaqədə olan kitabxanaçı 6 min dollar təzminat ödəyəcək.
Teleqraf.com xəbər verir ki, hadisə Zimbabve Universitetinin kitabxanasında baş verib. Kitabxana işçisi Şeperd Çinofunq Universitetin tələbəsi olmayan Muçaneta Muçmevaya pulsuz internet qarşılığında cinsi əlaqədə olmağı təklif edib.
Onların münasibəti ötən ilin yanvarından mart ayına kimi davam edib.
Daha sonra evli olan qadının həyat yoldaşı Trimuka Madhuku hadisədən xəbər tutub. Bundan sonar o, xanımını izləməyə başlayıb. Madhuku həyat yoldaşını və kitabxanaçını birlikdə olarkən tutub. O, bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmənin qərarına əsəsən, kitabxanaçı Şeperd Çinofunq 6 min dollar təzminat ödəməli olacaq.
Ramal