Türkiyədə “Sevgililər Günü”ndə küçənin ortasında arvadını dəfələrlə bıçaqlayaraq öldürən şəxsə hökm oxunub.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, məhkəmə prosesində bir daha cinayət törətməyəcəyinə söz verən müttəhim 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2015-ci il fevralın 14-də Diyarbəkirdə baş verib. 36 yaşlı İbrahim Yılmaz küçənin ortasında mübahisə etdiyi xanımı 28 yaşlı Məryəm Yılmazı bıçaqlayaraq öldürüb.
12 illik həyat yoldaşı, 3 uşağının anası Məryəmi öldürən İbrahim Yılmaz əvvəlcə ömürlük həbs cəzasına məhkum edilib.
6-cı Ağır Cəza Məhkəməsi isə cəzanı əvvəlcə 24 ilə, sonra isə "müttəhimin nümunəvi davranışı"na görə 20 ilə endirib. Bu qərarı dəyərləndirən mərhum Məyrəm Yılmazın vəkili Özden Sanal qərardan kassasiya şikayəti edib.
Verilən qərarın hüquqa və qanunlara zidd olduğunu vurğulayan vəkil bunları deyib:
"Cinayətin səbəbi arvadının onu tərk etməsini qəbul edə bilməməsidir. Araya o qədər insanın girməsinə baxmayaraq, müttəhim Məryəmi tutub və 3 dəfə bıçaqlayıb. Bu amansızlıqla törədilmiş qətldir. Verilən qərar hüquqa və qanunlara ziddir".
Ramal