Türkiyədə 47 gündür axtarılan 35 yaşlı Ekrem Dallı ilə azərbaycanlı sevgilisi 44 yaşlı Xatirə Haqverdiyevanın cəsədləri bir-birindən 400 metr məsafədə tapılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada yaşayan Xatirə Haqverdiyeva və Ekrem Dallının qohumları 22 noyabrda polisə yaxınlarının itkin düşməsi barədə müraciət ediblər. Onlar hətta Televiziya proqramına qatılaraq itən qohumlarının axtarmağa çalışıblar.

Axtarışları davam etdirən polis əvvəlcə qadının cəsədini tapıb. Cəsədin Xatirə Haqverdiyvaya aid olduğu dəqiqləşib. Hadisə yerindən 400 metr məsafədə isə Ekrem Dallının cəsədi aşkar edilib.

Polis Xatirə Haqverdiyevanın keçmiş həyat yoldaşından 5 uşağının olduğunu, Ekram Dallının isə subay olduğunu müəyyənləşdirib. Hər iki şəxsin dəqiq ölüm səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Ramal