Dəri şalvarlar küçə dəbinin ən trend geyimi hesab edilir. Rahatlığı sevən xanımların seçimi olan dəri şalvarlarla şıq kombinlər yaratmaq mümkündür.
Publika.az dəri şalvarla şıq görünməyin yollarını təqdim edir:
1. Gödəkçənin altından cins pencək
Dəri şalvarınızı təkrəng kofta və cins pencəklə geyinin. Kombini gödəkçə və iri çanta ilə tamamlaya bilərsiniz.
2. Cins köynək
Dəri şalvara ən çox yaraşan geyimlərdən biri də cins köynəklərdir. Köynəyin üzərindən qara rəngli sviter geyinə bilərsiniz. Kombininizi qızılı və ya gümüşü aksessuarlarla tamamlayın.
3. Təpədən-dırnağa qara
Başdan-ayağa qara rəngdə geyinin. Bu ilin ən aktual trendlərindən biri budur. Dəri şalvarınızı qara sviter və ya köynəklə uyğunlaşdırın. Eyni rəngdə çanta götürün, gödəkçə və ayaqqabı geyinin. Beləliklə, həm şıq, həm arıq görünəcəksiniz.
4. Boz rəng
Dəri şalvarla ofis kombini yaratmaq istəyirsinizsə, onu boz rəngli sviterlə geyinin.
5. Dəri əlcəklər
Dəri şalvarı dəri geyimlərlə kombin etmək çox risklidir, çünki belə olan halda həddən artıq seksual görünə bilərsiniz. Bu isə küçə dəbi üçün uyğun deyil. Ancaq kiçik, dəri aksessuarlardan, xüsusilə, dəri əlcəklərdən istifadə edə bilərsiniz.
6. Fərqli rənglərə şans verin!
Dəri şalvar deyəndə ağlımıza ilk növbədə qara rəng gəlir. Ancaq bu qış fərqli rənglərdə olan dəri şalvarlara şans verə bilərsiniz. Yaşıl, tünd qırmızı və qəhvəyi rəng dəri şalvarlarla şıq görünməyiniz mümkündür.