Londonda 46 yaşlı müəllimə 14 yaşlı şagirdi ilə cinsi münasibətdə olub.
Teleqraf.com xəbər verir ki, 46 yaşlı Amanda Lockart məhkəmə ifadəsində şagirdinin 17 yaşında olduğunu düşündüyünü deyib.
Azyaşlı oğlan isə müəlliməsinin onunla zorla əlaqədə olduğunu deyib.
Lockart isə ittihamları qəbul etməyib. O, şagirdinin onunla əlaqədə olmaq istədiyini, 17 yaşının olduğunu və bunu sübut etmək üçün şəxsiyyət vəsiqəsini göstərdiyini bildirib.
Qadın uşağın onu "500 funt sterlinq ödəməsən çılpaq şəkillərini yayacağam" deyərək şantaj etdiyini söyləyib.
Oğlanın vəkilləri isə fotoların sübut üçün çəkildiyini qeyd edib.
Oğlan həmin fotoları əmisi oğluna göndərib. O, isə vəziyyəti oğlanın valideylərinə bildirib. Bundan sonra polisə müraciət olunub.
Hadisə ilə bağlı məhkəmə davam edir.
Ramal