Almaniyada azyaşlılara və yeniyetmələrə təcavüz etməkdə ittiham edilən Harri S. məhkəmədə günahlarını etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Spigel Online" məlumat yayıb.

Məhkəmədə günahını etiraf edən 40 yaşlı həkim 21 oğlan uşağına cinsi təcavüz etdiyini etiraf edib. O, 17 yaşından bəri azyaşlılara qarşı bu hərəkətləri etdiyini bildirib.

Həkim əsasən Hannover, Ausburg, Münhen və Nürnbergdə uşaqları müxtəlif hədiyyələrlə aldadaraq, onlara təcavüz etdiyini deyib. O, zərərçəkmişlərə narkoz verərək cinsi xarakterli niyyətlərini həyata keçirib.

Təcavüzkarın kompyuterində çoxlu sayda uşaq pornosu və cinsi istismar videoları aşkar olunub.

Hadisə ilə bağlı cinayət işi davam edir.

Ramal