Türkiyədə 29 yaşlı oğlan İsmət A. gecə vaxtı küçədə güllələnib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis qətldə şübhəli bilinən şəxsi həbs edib.
Mərhumun üzərindən "Ender İnci" adına saxta şəxsiyyət vəsiqəsi çıxıb. Polis İsmət A.-nın əvvəllər həbsdə olduğu üçün saxta vəsiqədən istifadə etdiyini müəyyən edib.
Məlumata görə, qətldə şübhəli bilinən Zikri P. bir müddət əvvəl 3 uşaq anası olan İ.K.-dan boşanıb. Boşanmadan qısa müddət sonra İ.K ilə İsmət A. arasında münasibət yaranıb. Cütlük dini nikah bağlayıb. Bunu öyrənən Zikri P. İsmətə tələ qurub. O, mərhuma 3 güllə vurub.
Hadisə yerindən qaçan qatil polis tərəfindən həbs olunub. Həbs zamanı onun üzərindən "Bekir Öztürk" adlı saxta vəsiqə və qətldə istifadə etdiyi silah aşkarlanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal