İstanbulda 20 yaşlı Hilal Gülçek keçmiş sevgilisi tərəfindən öldürülüb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qızın sosial şəbəkədə "nişanlandım" yazması onun ölümünə səbəb olub.
Məlumata görə, Hilal Gülçek 4 il əvvəl Əmrah Səlcuqla tanış olub. Cütlük 3 ay əvvəl ayrılıblar. Ayrılığı qəbul etməyən Səlcuq keçmiş sevgilisindən əl çəkməyib. Hilal Gülçek ötən həftə Yunus D. ilə nişanlanıb.
Səlcuq "Facebook" sosial şəbəkəsində keçmiş sevgilisinin "nişanlandım" qeydini görüb. O, gənc qızı işə getdiyi yolda gözləyib. Hilal Gülçek keçmiş sevgilisini gördükdə yolunu dəyişmək istəyib. Qaçaraq qızın qolundan tutaraq əlindəki tapança ilə Hilal Gülçekin başından və sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən qaçan Əmrah Səlcuq polis tərəfindən həbs edilib.
Ramal