Las Veqasda təşkil edilən dünyanın ən böyük elektron və texnologiya sərgisi "Consumer Electronics Show" (CES) 2015-ci ildə ən çox diqqət çəkən avtomobillərdən biri də sürücüsüz avtomobillər olub.

Teleqraf.com xəbər verir ki, "Mercedes-Benz" CES 2015 sərgisində "F 015 Luxury in Motion" adlı modelini təqdim edib.

Alman istehsalçının gələcəyin avtomobili olaraq tanıtdığı maşında sürücü ehtiyacını aradan qaldırıb.

Dörd sərnişinində üz-üzə oturabildiği avtomobildə internetdəndə faydalanmaq olacaq.

Avtomobildə olan LED işıqlar isə sürücülük rejiminə görə dəyişir. Maşın insan tərəfindən idarə olunanada ağ olan işıqlar, avtomatik (sürücüsüz) rejimində maviyə çevriləcək.

Şirkətin bu qeyri-adi konseptinin istehsala nə vaxt çıxacağı isə dəqiq bilinmir.

Rüstəm