Keniya prezidenti Uxura Kenyatta gənc seçiciləri tərəfinə cəlb etmək üçün rəqs etməli olub.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, prezidentin rəqs etdiyi video-çarx cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri ölkədə ciddi problemlərin olduğu bir dönəmdə prezidentin rəqs etməsini tənqid ediblər.

Müxalifər prezidentin seçkiqabağı qol qaldırıb oynamasını təbliğat kimi dəyərləndirib.