Cənubi Koreyanın Samsung
Electronics şirkəti Note brendindən imtina edir.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın baş ofisindən məlumat verilib: "Samsung Electronics rəhbərliyi Note brendinin istifadəsindən imtina ilə bağlı məsələyə baxır. Sonuncu hadisə bu brendin nüfuzunu məhv edib".
Qeyd edək ki, “Samsung Electronics
” şirkəti “Galaxy Note 7”nin akkumlyatorunun alovlanması hallarından sonra smartfonun satışını və dəyişdirilməsini sentyabrın 2-dən müvəqqəti dayandırmışdı.
Oktyabrın 11-dən isə “Galaxy Note 7” smartfonunun istehsalı dayandırılıb.