AĞDƏRƏ, 12 avqust. TELEQRAF
Ağdərədə baş verən yanğın söndürülüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Ortakənd kəndində baş verən yanğın FHN-nin Ağdərə Yanğından Mühafizə Bölməsinin əməkdaşları tərəfindən söndürülüb.
Hazırda mühafizə bölməsinin əməkdaşları ərazidə közərmə ehtimalı olan ocaqları müəyyən edərək söndürmə əməliyyatlarını davam etdirir.