SAMUX, 18 aprel. TELEQRAF
Qalıqları Ağdərə rayonunun Artek kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Münasib Mehdiyev doğulduğu Samux rayon Qovlarsarı kəndində torpağa tapşırılıb.
Teleqra-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1975-ci ildə anadan olan Münasib Mehdiyev 1992-ci ildə hərbi xidmətə yollanıb.
O, Ağdərədə düşmənə qarşı xüsusi qəhrəmanlıqla döyüşüb.
Həmin ilin iyul ayında itkin düşüb.1997-ci ildə onun şəhid olduğu məlum olub.
Subay olan M. Mehdiyevə sonradan şəhidlik statusu verilib.
***
13:12
SAMUX, 18 aprel. TELEQRAF
Qalıqları Ağdərə rayonunun Artek kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Münasib Mehdiyevlə doğulduğu Samux rayon Qovlarsarı kəndində vida mərasimi keçirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasimdə şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.