GƏNCƏ, 21 fevral. TELEQRAF
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş K.Qasımov Dəliməmmədli Dəmiryolu Stansiyasında saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.