Qarabağ separatçıları “müstəqilliklərinin” tanınması üçün Ermənistan hakimiyyəti ilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Artak Beqlaryan Rusiyanın “Novosti” agentliyinə müsahibəsində deyib.

Beqlaryan separat danışıqlarda heç bir irəliləyişin olmadığını bildirib.

“Ermənistanla “Qarabağın müstəqilliyi”nin tanınması məsələsi ilə bağlı danışıqlar aparılır. Amma hazırda bu məsələdə irəliləyiş yoxdur”, - separatçı qeyd edib.