BAKI, 20 noyabr. TELEQRAF
“Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış insanlar pensiya kapitalından istifadə edə bilsinlər”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat vurğulayıb ki, əgər vətəndaş pensiyaya çıxmadan dünyasını dəyişirsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edir:
“Biz sosial sahəyə 17,1 milyard vəsait ayırırıq. Bu çox böyük rəqəmdir. Amma həmin vəsaitin öz təyinatına görə istifadəsi bundan da aktual məsələdir. Manatın məzənnəsi sabit qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür.
Bir neçə il bundan əvvəl 100 manata aldığın mal və məhsulları indi yarısı qədərini həmin pulla almaq mümkün deyil. Ona görə də 17,1 milyard vəsaitin daha çox hissəsinin inflyasiyanın yemini yox, məhz öz təyinatına görə əhalinin, o cümlədən pensiyaçıların yaşayışının yaxşılaşmasına yönəlməsi üçün ciddi antiinflyasiya tədbirlərinin həyata keçirilməsi vacib hesab edirəm”, - Əli Məsimli vurğulayıb.
“Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış insanlar pensiya kapitalından istifadə edə bilsinlər.”