BAKI, 9 iyul. TELEQRAF
Milli Məclisin iyulun 14-də keçiriləcək son iclasının gündəliyi məlum olub.
Teleqraf xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Müdafiə haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
2. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).
3. “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
4. Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. “Büdcə sistemi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
6. “Dövlət borcu haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
7. Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
8. “Xüsusi icra məmurları haqqında” Qanununun layihəsi (üçüncü oxunuş).
9. Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
10. Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
11. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlar da dəyişiklik edilməsi haqqında qanununun layihəsi (üçüncü oxunuş).
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi.
13. Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi.