BAKI, 13 may. TELEQRAF
Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Bildirilib ki, hesabat ilində pornoqrofik məlumatları və əşyaları qanunsuz yaymaya görə 8, əxlaqsızlıq yuvaları saxlamaya görə 21, fahişəliyə cəlb etməyə görə 70 cinayət törədilib.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.