BAKI, 13 may. TELEQRAF
Ötən il Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4.251 əcnəbiyə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilmiş, 5.106 əcnəbinin isə müvafiq icazə müddəti uzadılmışdı.
Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Qeyd olunub ki, hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (əvvəlki dövrlə müqayisədə - 2) məcburi əmək faktı əsasında 1 (-1) cinayət işi başlanılmış və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub.
İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.