BAKI, 13 may. TELEQRAF
Ötən il 206 insan alveri cinayəti qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
206 insan alveri cinayətinin 78.1 faizi cinsi istismar (161), 21,4 faizi (44) insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, 0.5 faizi (1) isə məcburi əmək halında həyata keçirilib.
Ötən il məhkəmə məsuliyyətinə 14 şəxs cəlb edilib.
Hesabatda qeyd olunub ki, 2005-2024-cü il aralığında 2.532 insan alveri cinayəti müəyyən olunub.
2005-2024-cü illərdə məsuliyyətə cəlb edilən 650 insan alverçisinin 522 nəfəri qadın, 98-i isə kişi olub.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.