BAKI, 24 sentyabr. TELEQRAF

Sentyabrın 24-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.