BAKI, 19 aprel. TELEQRAF
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan ordusunun müvafiq bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.