BAKI, 25 may. TELEQRAF

Bakı–Tbilisi reysi ilə Gürcüstana səfər edən sərnişinlər üçün tələb olunan səyahət sığortasının əldə olunma qaydası açıqlanıb.

Teleqraf xəbər verir ki, sığortanı vətəndaşlar seçdikləri sığorta şirkəti vasitəsilə birbaşa və ya onlayn qaydada, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən əldə edə bilərlər.

Qeyd olunub ki, Gürcüstan qanunvericiliyinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq ediləcək.

Sənədin yoxlanılması Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində həmin ölkənin dəmiryol əməkdaşları tərəfindən həyata keçiriləcək.

Sərnişinlərdən səyahət sığortası sənədini özləri ilə götürmələri xahiş olunur.