BAKI, 20 fevral. TELEQRAF
"Maşinist peşəsinin öz çətinlikləri var. Bu, ağır və məsuliyyətli peşədir".
Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzində xüsusi təlim proqramını uğurla başa vuraraq maşinist peşəsinə yiyələnən Aydan Kərimova deyib.
Xanım maşinist qeyd edib ki, o, peşəsi üçün böyük səy göstərəcək:
“Yaxşı kadr olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin təlim-tədris mərkəzində 8 gənc xüsusi təlim proqramını uğurla başa vuraraq qatar idarəetmə hüququna yiyələnib.
.jpg)
