Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Afiq Hacıəlibəyov 14 il, Natiq İmamcanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Natiq İmamcanovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub.
Prokuror Afiq Hacıəliyevə 18 il 6 ay, Natiq İmamcanova 4 il iş təklif etmişdi.
Qeyd edək ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevi bıçaqla qətlə yetirib.
Hadisə baş verən gün Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.