BAKI, 22 dekabr. TELEQRAF

Bu günə kimi 13 aminstiya aktı, 70-dən çox əfv sərəncamı icra olunub.

Teleqraf xəbər verir ki, bu sözləri Pentensiar xidmətin rəis müavini, ədliyyə general mayoru Orxan Qasımov deyib.

O bildirib ki, bundan əvvəl 8 noyabr Zəfər bayramı ilə bağlı aminstiya aktı icra olunub: "Bu amnistiya aktının təsir dairəsinə 20 minədək məhkum düşüb. Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq".