BAKI, 26 may. TELEQRAF

Əfv sərəncamı 220 nəfərə şamil edilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Müstəqillik günü" ilə bağlı imzaladığı əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 175 şəxs cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 şəxs cəzadan azad olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 şəxs azad edilib.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı 10 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər endirilib. İslah işləri cəzasına məhkum edilmiş 4 şəxs şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub. Cərimə cəzasına məhkum edilmiş 1 şəxs də cəzadan azad olunub.