BAKI, 26 may. TELEQRAF
Bakıda metro vaqonunun üstünə boya ilə rəsm çəkildiyinə görə həbs olunmuş Fransa vətəndaşı Clerc Theo Hugo əfv edilib.
Teleqraf-ın xəbərinə görə Hugo 2024-cü ilin 10 sentyabrında üç il müddətə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin Müstəqillik Günü münasibəti ilə əfv sərəncamı imzalayıb.