
BAKI, 23 may. TELEQRAF
"Səda TV" MMC-də rəhbər vəzifəsində işləmiş Elnur Şükürovun vaxtından əvvəl azadlığa buraxılması barədə verilən vəsatətə baxılıb.
Teleqraf xəbər verir ki, Xəzər Rayon Məhkəməsində jurnalistin ərizəsi təmin olunmayıb.
Qeyd edək ki, Elnur Şükürov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunub. O, jurnalist Əvəz Zeynallı ilə birlikdə mühakimə olunub.
9 il azadlıqdan məhrum edilən Əvəz Zeynallı xəstəliyi ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.